Sərbəst güləşçimiz U-17 dünya çempionatında təsəlliverici görüşə çıxacaq

1 Avqust 2026 09:35
105
Sərbəst güləşçimiz U-17 dünya çempionatında təsəlliverici görüşə çıxacaq

Bakıda keçirilən U-17 dünya çempionatında Azərbaycanın sərbəst güləşçisi Hüseyn Rzazadə bu gün növbəti görüşünə çıxacaq.

İdman.Biz xəbər verir ki, 48 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsəlliverici görüşdə İran təmsilçisi Amirali Fazla qarşılaşacaq.

Qələbə qazanacağı təqdirdə Hüseyn Rzazadə bürünc medal uğrunda görüşə vəsiqə əldə edəcək.

Qeyd edək ki, dünya çempionatı Milli Gimnastika Arenasında keçirilir. Mübarizəyə 60-dan çox ölkədən 700-ə yaxın yeniyetmə güləşçi qatılıb. Azərbaycanı mundialda 29 pəhləvan təmsil edir.

İdman.Biz