U-18 qız millimiz Niderlandla qrup mərhələsində üçüncü oyununa çıxacaq

2 Avqust 2026 09:33
215
U-18 qız millimiz Niderlandla qrup mərhələsində üçüncü oyununa çıxacaq

18 yaşadək qızlardan ibarət Azərbaycan basketbol millisi FIBA U-18 Qadınlararası Avropa çempionatının B divizionunda qrup mərhələsinin üçüncü oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, komandamız Niderland millisi ilə qarşılaşacaq.

Azərbaycan millisi bundan əvvəl Portuqaliya ilə görüşdə 52:90 hesabı ilə məğlub olub. Komandamız birinci hissədə rəqibini 22:21 hesabı ilə üstələsə də, növbəti hissələri 12:20, 11:27 və 7:22 hesabları ilə başa vurub.

Yığmamız qrup mərhələsinin ilk oyununda isə Rumıniyaya 55:81 hesabı ilə uduzub.

İdman.Biz