“Neftçi SOCAR” Tokio mərhələsində mübarizəni 1/4 finalda başa vurdu

2 Avqust 2026 10:11
137
“Neftçi SOCAR” Tokio mərhələsində mübarizəni 1/4 finalda başa vurdu

Azərbaycanın “Neftçi SOCAR” 3x3 basketbol komandası FIBA 3x3 Qadın Seriyasının Tokio mərhələsində mübarizəni dayandırıb.

İdman.Biz xəbər verir ki, təmsilçimiz 1/4 finalda Çinin “Beijing” komandası ilə qarşılaşıb.

Gərgin keçən görüş rəqibin 20:17 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticədən sonra “Neftçi SOCAR” yarımfinala vəsiqə qazana bilməyib.

Komandamız qrup mərhələsində ABŞ yığmasını 18:13 hesabı ilə məğlub edib.

İdman.Biz