Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

5 Noyabr 2026 12:07
16
Basketbol millimizin oyunlarına biletlər satışa çıxarıldı

Qadınlardan ibarət Azərbaycan basketbol millisinin Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçirəcəyi ev oyunlarına biletlərin satışı başlayıb.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyası məlumat yayıb.

Yığma noyabrın 11-i saat 15:00-da İsveçrə, noyabrın 14-ü saat 14:00-da İrlandiya yığması ilə qarşılaşacaq.

Hər iki görüş Milli Gimnastika Arenasında keçiriləcək.

Oyunları arenadan izləmək istəyən azarkeşlər biletləri azebasketball.com saytından və ya qarşılaşma günü arenanın kassasından əldə edə bilərlər.

Qeyd edək ki, 14 yaşadək uşaqlar üçün bilet tələb olunmur.

İdman.Biz