“Neftçi” basketbol komandası Avropa Kubokunda beşinci oyununa çıxır

4 Noyabr 2026 09:38
27
“Neftçi” basketbol komandası Avropa Kubokunda beşinci oyununa çıxır

“Neftçi” basketbol komandası bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə beşinci matçını keçirəcək.

İdman.Biz xəbər verir ki, “ağ-qaralar” H qrupunun növbəti görüşündə Bolqarıstanın “Lokomotiv” klubunun qonağı olacaq.

Plovdiv şəhərində təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Qeyd edək ki, “Neftçi” qrupda keçirdiyi əvvəlki dörd görüşdə məğlub olub. Komanda “Fribur Olimpik”ə (İsveçrə) 73:78, Yunanıstan təmsilçisi “Mikonos”a 58:78, Latviyanın VEF kollektivinə 94:110, “Oradya”ya (Rumıniya) 83:99 hesabı ilə uduzub.

İdman.Biz