Azərbaycanın U-14 basketbol millisi Serbiyada təlim-məşq toplanışına qatılacaq.
Bu barədə kişi basketbolçulardan ibarət milli komandaların meneceri Fərid Əmirov AZƏRTAC-a bildirib.
O, Bedri Meriçin rəhbərlik etdiyi yığmanın noyabrın 18-dən 22-dək Belqrad şəhərində hazırlıq keçəcəyini qeyd edib:
“Burada üç yerli komanda ilə yoxlama görüşləri keçirəcəyik”.
