Azərbaycan Basketbol Liqasında bu gün beşinci turun son oyunları çərçivəsində iki görüş keçiriləcək.
İdman.Biz xəbər verir ki, turun son oyunları Gəncə və Bakı şəhərlərində təşkil olunacaq.
Gəncə İdman Sarayında yerli komanda NTD-ni qəbul edəcək. Qarşılaşma saat 14:00-da başlayacaq.
Günün digər görüşündə isə “Sumqayıt” və “Sabah” komandaları üz-üzə gələcəklər. Bakı İdman Sarayında keçiriləcək matçın start fiti də saat 14:00-da səslənəcək.
Artıq baş tutan oyunlarda “Ordu” “Naxçıvan” üzərində 84:76 hesablı qələbə qazanıb. “Neftçi” isə gərgin mübarizədə “LANDAU Lions”u 86:84 hesabı ilə məğlub edib.
Hazırda turnir cədvəlində beş xal toplayan “Sabah” beşinci, eyni göstəriciyə malik “Sumqayıt” isə altıncı sıradadır. Dörd xalı olan “Gəncə” yeddinci, NTD isə səkkizinci pillədə qərarlaşıb.
