“LANDAU Lions” bu gün “Benfika” ilə qarşılaşacaq

4 Noyabr 2026 09:52
25
“LANDAU Lions” bu gün “Benfika” ilə qarşılaşacaq

Azərbaycanın “LANDAU Lions” basketbol komandası bu gün FIBA Avropa Kubokunda növbəti oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, Erhan Tokerin baş məşqçisi olduğu kollektiv G qrupunun beşinci turunda Portuqaliyanın “Benfika” komandası ilə üz-üzə gələcək.

Lissabonda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, “LANDAU Lions” dördüncü turda Türkiyənin “Denizli Basket” kollektivini 94:86 hesabı ilə məğlub edib. Azərbaycan təmsilçisi əvvəlki üç görüşdə isə Danimarkanın “Bakken Birs” (88:91), İsveçrənin “Lions de Geneve” (83:105) və Slovakiyanın “Prievidza” (84:108) komandalarına uduzub.

İdman.Biz