Ceyhun Həsənli “Şəki” basketbol komandasının baş məşqçisi vəzifəsinə gətirilib.
İdman.Biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Şəki basketbolunun yetirməsi olan mütəxəssis ötən mövsüm komandada türkiyəli Bedri Meriçin köməkçisi kimi çalışıb.
Qeyd edək ki, Azərbaycan Basketbol Liqası-2-nin yeni mövsümünə noyabrın 20-də start veriləcək.
