“Neftçi SOCAR” Dünya Qadın Seriyasının Tokio mərhələsində 1/4 finalında

1 Avqust 2026 15:12
99
“Neftçi SOCAR” Dünya Qadın Seriyasının Tokio mərhələsində 1/4 finalında

3x3 basketbol üzrə “Neftçi SOCAR” komandası Dünya Qadın Seriyasının Tokio mərhələsində 1/4 finala vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, komanda ilk oyunda ABŞ millisinə 18:13 hesabı ilə qalib gəlib.

Azərbaycan təmsilçisi sonuncu qrup oyununda isə Niderlandın U-25 komandasını 20:18 hesabı ilə məğlub edib.

“Neftçi” qrup lideri kimi vəsiqə qazandığı 1/4 finalda Çinin “Pekin” klubuna rəqib olub.

Qeyd edək ki, təmsilçimizin 1/4 final oyunu sabah Bakı vaxtı ilə səhər saat 7:00-da baş tutacaq.

İdman.Biz