Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisi Xorvatiyanın Opatiya şəhərində keçirilən FIBA U-18 Avropa çempionatının B divizionunda 13-16-cı yerlər uğrunda təsnifat mərhələsində Böyük Britaniya yığmasına uduzub.
İdman.Biz xəbər verir ki, qarşılaşma rəqib komandanın 67:55 hesablı qələbəsi ilə yekunlaşıb.
Millimizin heyətində dörd basketbolçu ikirəqəmli xal göstəricisinə çatıb. Emmanuel Aqbason 14 xal, 15 ribaund və altı blokla ən məhsuldar oyunçu olub. İsmayıl Abdullayev 11 xal, beş məhsuldar ötürmə və üç ribaund, Hüseyn Qaflanov 10 xal, səkkiz ribaund və iki topalma, Hüseyn Məmmədov isə 10 xal, doqquz ribaund və üç topalma ilə yadda qalıb.
Komanda görüşü 56 ribaund, 14 məhsuldar ötürmə, 13 topalma və altı blok göstəricisi ilə başa vurub.
Qeyd edək ki, Azərbaycan millisi turnirdə son oyununu 15-16-cı yerlər uğrunda keçirəcək. Yığmamızın rəqibi İslandiya - Şimali Makedoniya cütünün məğlub komandası olacaq.
Xatırladaq ki, Azərbaycan millisi əvvəlki görüşündə 9-16-cı yerlər uğrunda Monteneqroya 71:77 hesabı ilə məğlub olub.
10:09
Azərbaycanın 18 yaşadək oğlanlardan ibarət basketbol millisi bu gün Xorvatiyanın Opatiya şəhərində keçirilən FIBA U-18 Avropa çempionatının B divizionunda növbəti oyununu keçirəcək.
İdman.Biz xəbər verir ki, yığmamız 13-16-cı yerlər uğrunda Böyük Britaniya seçməsi ilə qarşılaşacaq.
Görüş Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.
Qeyd edək ki, Azərbaycan millisi əvvəlki görüşündə 9-16-cı yerlər uğrunda Monteneqroya 71:77 hesabı ilə məğlub olub.
