“Gəncə” basketbol komandası baş məşqçisi Martin Knejeviçlə yolları ayırıb.
İdman.Biz xəbər verir ki, bu barədə qərb təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
FIBA Avropa Kubokundakı uğursuz nəticələrdən sonra klub rəhbərliyi ilə mütəxəssis arasında görüş keçirilib.
Komandanın çıxışı müzakirə olunub. Qarşılıqlı razılıq əsasında baş məşqçinin müqaviləsinə xitam verilib.
