“Sabah” basketbol komandası bu gün “Trabzonspor”la qarşılaşacaq

14 Oktyabr 2026 11:11
116
“Sabah” basketbol komandası bu gün “Trabzonspor”la qarşılaşacaq

“Sabah” basketbol komandası bu gün FIBA Çempionlar Liqasında növbəti oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi müntəzəm mövsümün ikinci turunda Türkiyənin “Trabzonspor” klubunun qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, A qrupunda “Trabzonspor” və Litvanın “Ritas” komandalarının 2, Fransanın “Nanter 92” və “Sabah”ın isə bir xalı var. Azərbaycan çempionu ilk turda səfərdə “Ritas”a 73:82 hesabı ilə məğlub olub.

İdman.Biz