“Neftçi” basketbol komandası bu gün FIBA Avropa Kubokunda növbəti matçına çıxacaq.
İdman.Biz xəbər verir ki, Azərbaycan təmsilçisi turnirin H qrupunun ikinci turunda Latviyanın VEF (Riqa) klubu ilə qarşılaşacaq.
“Sərhədçi” İdman Sarayında keçiriləcək görüş saat 19:00-da başlayacaq.
Qeyd edək ki, “Neftçi” ilk turda Yunanıstanın “Mikonos” komandasına 58:78 hesabı ilə məğlub olub.
