İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem Çində keçirilən NBA-nın mövsümöncəsi oyununda məşhur aktyor Ceki Çan və əfsanəvi basketbolçu Yao Minlə görüşüb.
İdman.Biz xəbər verir ki, Bekhem “Dallas Maveriks” və “Hyuston Rokets” komandaları arasında keçirilən qarşılaşmanı tribunadan izləyib.
Oktyabrın 11-də baş tutan görüş “Dallas”ın 132:115 hesablı qələbəsi ilə yekunlaşıb.
Bekhem tədbirdən fotoları sosial şəbəkə hesablarında paylaşıb. O, Ceki Çanla çəkdirdiyi şəklə belə şərh yazıb:
“Əfsanəvi Ceki Çanla yenidən bir arada. Çində NBA oyunlarının ilk axşamı”.
Daha sonra ingiltərəli sabiq futbolçu NBA-nın əfsanəvi basketbolçusu Yao Minlə də fotolarını yayımlayıb.
“Çində NBA oyunlarının son axşamı... Köhnə dostumu yenidən görməyə şad oldum”, – deyə Bekhem paylaşımında bildirib.
