Azərbaycanın “LANDAU Lions” basketbol komandası bu gün FIBA Avropa Kubokunun qrup mərhələsində ikinci matçını keçirəcək.
İdman.Biz xəbər verir ki, Erhan Tokerin rəhbərlik etdiyi kollektiv G qrupunda Slovakiyanın “Prievidza” klubunun qonağı olacaq.
Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Qeyd edək ki, “LANDAU Lions” ilk turda səfərdə İsveçrənin “Lions de Genève” komandasına 83:105 hesabı ilə məğlub olub.
