“Gəncə” basketbol komandası FIBA Avropa Kubokunda ilk ev oyununa çıxacaq

13 Oktyabr 2026 09:53
106
“Gəncə” basketbol komandası FIBA Avropa Kubokunda ilk ev oyununa çıxacaq

“Gəncə” basketbol klubu bu gün FIBA Avropa Kubokunun müntəzəm mövsümündə ilk ev oyununu keçirəcək.

İdman.Biz xəbər verir ki, Martin Knejeviçin rəhbərlik etdiyi kollektiv doğma meydanda Yunanıstanın “Kolossos” klubu ilə qarşılaşacaq.

Gəncə İdman Sarayında təşkil olunacaq görüş saat 19:00-da başlayacaq.

Xatırladaq ki, “Gəncə” ilk turda səfərdə Türkiyə təmsilçisi “Esenler Erokspor”a 63:92 hesabı ilə uduzub.

İdman.Biz