Azərbaycanın U-18 qızlar millisi Portuqaliyaya məğlub olub - YENİLƏNİB

1 Avqust 2026 19:31
982
Azərbaycanın U-18 qızlar millisi Portuqaliyaya məğlub olub

U18 qızlardan ibarət milli komandamız FIBA U18 Qadınlararası Avropa Çempionatının B divizionunda qrup mərhələsinin ikinci oyununda Portuqaliya yığması ilə qarşılaşıb.

İdman.Biz bildirir ki, yığmamız 52:90 hesabı ilə məğlub olub.

Ən məhsuldar oyunçularımız:

Polina Şukina – 18 xal, 12 ribaund
Deniz Gökçöl – 12 xal, 6 ribaund
Leyla Allahverdiyeva – 7 xal, 8 ribaund, 5 məhsuldar ötürmə
Angelina İsmayılova – 7 xal, 4 ribaund

Millimiz qrup mərhələsində növbəti oyununu Niderland yığmasına qarşı keçirəcək. Oyun avqustun 2-də 14:30-da başlayacaq.

11:08

Azərbaycanın 18 yaşadək qızlardan ibarət basketbol millisi bu gün Rumıniyanın Tulça şəhərində keçirilən FIBA U-18 Qadınlararası Avropa çempionatının B divizionunda növbəti oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, A qrupunda mübarizə aparan yığmamız Portuqaliya seçməsi ilə qarşılaşacaq.

Görüş Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Qeyd edək ki, millimiz turnirdə keçirdiyi ilk oyunda ev sahibi Rumıniyaya 55:81 hesabı ilə məğlub olub.

İdman.Biz