Slovakiyanın “Slovan Bratislava” klubu Çempionlar Liqasında ikinci “Bodo-Qlimt” möcüzəsinin qarşısını almaqda qərarlı görünür.
İdman.Biz bildirir ki, komanda UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində İsveçin “Möllbü” komandası ilə səfərdə qarşılaşıb.
Matç 2:1 hesabı ilə “Slovan”ın xeyrinə qurtarıb. Komandaların cavab görüşü bir həftədən sonra İsveçdə olacaq.
Xatırladaq ki, İsveçin Hellevik kiçik balıqçı kəndindən (əhalisi 1485 nəfər) olan “Möllbü” ötən il klub tarixində ilk dəfə ölkə çempionu olub.
İlk dəfə Çempionlar Liqasına qatılan komanda ikinci təsnifat mərhələsində Cəbəlüttariqin “Linkoln” klubunu mübarizədən lkənarlaşdırıb.
Ötən il Norveçin kiçik bir qəsəbəsini təmsil edən “Bodo-Qlimt” klubu Çempionlar Liqasının əsas mərhələsini keçərək pley-offa qədər irəliləmişdi.
