Bolqarıstanın "Levski Sofiya" və Qazaxıstanın "Kayrat" komandaları arasında 2026/27 mövsümü UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunu başa çatıb.
İdman.Biz bildirir ki, komandalar Sofiyadakı "Vivacom Arena"da qarşılaşıblar. Ev sahibi komanda 1:0 hesabı ilə qalib gəlib.
Oyunun yeganə qolunu 90+2-ci dəqiqədə "Levski"nin yarımmüdafiəçisi Serjinyo vurub.
"Kayrat" və "Levski" arasında cavab oyunu 11 avqust, çərşənbə axşamı günü keçiriləcək. Qalib komanda Çempionlar Liqasına vəsiqə qazanmaq üçün pley-offa yüksələcək. Əvvəlki mərhələdə Qazaxıstan komandası Kiprin "Omoniya" komandasını məğlub etmişdi (0:1, 1:0, penaltilərdə 6:5).
