FİFA prezidenti Canni Infantino təcili iclas çağırıb.
İdman.Biz Sky Sports-a istinadən xəbər verir ki, FIFA prezidenti təşkilatın dünya çempionatı hüquqlarının satışından pul qazanmaq cəhdinin uğursuzluğundan sonra yaranan böhranı müzakirə etmək üçün yüksək vəzifəli işçi heyətini müşavirəyə çağırıb.
Görüşün çərşənbə günü Mərakeşdə keçirilməsi planlaşdırılır.
Son günlərdə bir sıra milli assosiasiyalar növbəti FIFA seçkilərindən əvvəl İnfantinonun namizədliyini dəstəkləyən məktubları geri götürüb və ya geri götürməyi planlaşdırır. UEFA, AFC və CONCACAF, isveçrəlinin vəzifədə qalacağı təqdirdə FIFA-nı "iflic etməyi" planlaşdırır.
