2026/2027-ci il mövsümü UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyununda “Sparta Praqa” və “Lion” üz-üzə gəliblər.
İdman.Biz bildirir ki, “Sparta Praqa” 2:1 hesabı ilə qalib gəlib. Oyun Çexiyanın Praqa şəhərindəki “EPET Arena”da keçirildi.
45-ci dəqiqədə Martin Suhomel öz qapısına qol vuraraq Fransa komandasına üstünlük qazandırıb. 63-cü dəqiqədə Matey Rineş hesabı bərabərləşdirib. 69-cu dəqiqədə Hon Merkado qələbə qolunu vurub.
Bu komandaların cavab oyunu 11 avqustda Fransada keçiriləcək.
