“Beşiktaş” Kislyaka görə CSKA-ya 20 milyon avro təklif edib

5 Avqust 2026 01:47
78
“Beşiktaş” Kislyaka görə CSKA-ya 20 milyon avro təklif edib

"Beşiktaş" yarımmüdafiəçi Matvey Kislyak üçün Moskvanın CSKA klubuna 20 milyon avro təklif edib, CSKA isə 40 milyon avro tələb edir.

İdman.Biz bu barədə türkiyəli jurnalist Osman Altunterimə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, İstanbul komandasının təklifinə gələcək satışdan da faiz daxil idi və əgər Kislyak sonradan "Beşiktaş"dan ayrılsa, CSKA bu məbləği alacaqdı.

Matvey Kislyak 2024-cü ildən CSKA-nın əsas komandasında oynayır. Ötən mövsüm 21 yaşlı dayaq yarımmüdafiəçisi "qırmızı-göylər"in heyətində bütün yarışlarda 42 oyunda səkkiz qol vurub və səkkiz məhsuldar ötürmə edib.

İdman.Biz