“Nottinqem Forest” “Mançester Sit”"nin yarımmüdafiəçisi Teyani Reynderslə maraqlanır.
İdman.Biz bu barədə jurnalist və insayder Fabrizio Romanoya istinadən bildirir.
"Siti"nin yarımmüdafiəçisi "Forest"in transfer siyahısındadır və əvvəllər "Nyukasl Yunayted" də oyunçu ilə maraqlanırdı.
Ötən mövsüm Reynders bütün yarışlarda 47 oyun keçirib, yeddi qol vurub və səkkiz məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 50 milyon avrodur.
