“Bavariya” Koreyanın “Çedju Yunayted” klubunu məğlub edib

4 Avqust 2026 18:31
92
“Bavariya” Koreyanın “Çedju Yunayted” klubunu məğlub edib

“Bavariya” və “Çedju Yunayted” futbol klubları arasında yoldaşlıq oyunu keçirilib.

İdman.Biz bildirir ki, oyun Cənubi Koreyanın Seoqvipo şəhərindəki “Jeju World Cup” stadionunda keçirilib.

“Bavariya”nın yarımmüdafiəçisi Felipe Çaves matçın ilk qolunu 12-ci dəqiqədə vurub. Ev sahibi komandanın oyunçusu Li Çan Min 15-ci dəqiqədə hesabı bərabərləşdirib. İlk hissənin bitməsinə az qalmış münhenlilər yenidən hesabda irəli çıxıblar. Hücumçu Bastian Assomo 41-ci dəqiqədə qola imza atıb.

İkinci hissədə qapılara qol vurulmayıb.

Beləliklə, “Bavariya” matçda 2:1 hesabı ilə qalib gəlib.

İdman.Biz