Millimizin sabiq müdafiəçisi Türkiyənin “Boluspor” komandasında - FOTO

4 Avqust 2026 15:28
114
Millimizin sabiq müdafiəçisi Türkiyənin “Boluspor” komandasında - FOTO

Azərbaycan millisinin sabiq mərkəz müdafiəçisi Elvin Yunuszadə karyerasını Türkiyənin “Boluspor” futbol komandasında davam etdirəcək.

İdman.Biz xəbər verir ki, Türkiyə Birinci Liqasında çıxış edən Bolu təmsilçisi 33 yaşlı futbolçu ilə rəsmi müqavilə imzaladığını açıqlayıb. Razılaşmanın müddəti barədə məlumat verilməyib.

Yunuszadə son olaraq “Karvan-Yevlax”ın formasını geyinib. O, Yevlax təmsilçisinə 2025-ci ilin yayında “Qəbələ”dən keçib və komandanın heyətində 19 oyunda iştirak edib. Futbolçunun müqaviləsi mövsümün sonunda başa çatıb.

Qazaxda anadan olan müdafiəçi karyerası ərzində “Neftçi” və “Qarabağ”la ümumilikdə beş dəfə Azərbaycan çempionu, beş dəfə ölkə kubokunun qalibi olub.

Yunuszadə “Neftçi”nin 2012/2013 mövsümündə UEFA Avropa Liqasının qrup mərhələsinə yüksələn heyətində yer alıb və qrupda üç oyuna çıxıb. O, “Qarabağ”ın 2017/2018 mövsümündə UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan heyətində də olub.

Azərbaycan millisinin sabiq üzvü karyerasında “Sabah”, “Səbail”, “Şamaxı”, “Kəpəz”, Bosniya və Herseqovinanın “Çelik” və Şimali Makedoniyanın “Şkupi” komandalarında da çıxış edib.

İdman.Biz