“Mançester Siti”nin yarımmüdafiəçisi Rodrinin gələcəyi ətrafında müzakirələr davam edir.
İdman.Biz xəbər verir ki, jurnalist Serxio Valentinin sosial şəbəkədə yaydığı məlumata görə, “Mançester Siti” futbolçu ilə maraqlanan digər klublardan rəsmi təklif almağa çalışsa da, buna nail ola bilməyib.
Bildirilir ki, Rodri digər bütün variantları rədd edir və yalnız “Real Madrid” keçmək istəyir. Bu istəyin Madrid klubuna transferi daha sərfəli məbləğə reallaşdırmaq imkanı yarada biləcəyi vurğulanır.
Mənbənin iddiasına əsasən, Rodrinin “Real Madrid”ə transferi 65-75 milyon avro arasında məbləğə başa gələ bilər.
İspaniyalı yarımmüdafiəçi “Mançester Siti”nin heyətində bütün turnirlərdə 298 oyuna çıxıb, 28 qol vurub və 32 məhsuldar ötürmə edib.
