“Sabah”ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

4 Avqust 2026 13:35
125
“Sabah”ı Danimarkada 70-ə yaxın azarkeş dəstəkləyəcək

“Sabah” futbol komandası UEFA Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində Danimarkanın “Orhus” klubu ilə keçirəcəyi səfər matçında azarkeş dəstəyi alacaq.

İdman.Biz xəbər verir ki, Masazır təmsilçisini tribunadan 70-ə yaxın azarkeş dəstəkləyəcək.

Bu barədə klubun mətbuat katibi Elnur Həmidov report.az-a bildirib.

Onun sözlərinə görə, çarter reysi ilə Danimarkaya yollanan komandanın heyətində itki yoxdur.

“Orhus” - “Sabah” qarşılaşması avqustun 5-də Bakı vaxtı ilə saat 20:30-da Ranners stadionunda keçiriləcək.

Komandalar arasında cavab matçı avqustun 11-də saat 20:00-da Masazırdakı “Bank Respublika Arena”da təşkil olunacaq.

İdman.Biz