“Şirvan” qapıçısı Namiq Hüseynzadə ilə müqaviləni yeniləyib

4 Avqust 2026 11:19
134
“Şirvan” qapıçısı Namiq Hüseynzadə ilə müqaviləni yeniləyib

İkinci Liqa təmsilçisi “Şirvan” futbol komandası qapıçı Namiq Hüseynzadə ilə müqavilənin müddətini uzadıb.

İdman.Biz xəbər verir ki, bu barədə klub bölgə təmsilçisi məlumat yayıb.

Butbolçu ilə yeni birillik müqavilə imzalanıb. Hüseynzadə bununla da 2026/2027 mövsümündə 23 nömrəli forma ilə “Şirvan”ın heyətində çıxış edəcək.

“Şirvan” ötən mövsümdə Azərbaycan İkinci Liqasında 27 oyun keçirərək 40 xal toplayıb. Komanda çempionatı 12 iştirakçı arasında dördüncü pillədə başa vurub. Şirvan təmsilçisi mövsüm ərzində 12 qələbə qazanıb, dörd heç-heçə edib və 11 dəfə məğlub olub.

İdman.Biz