Qapıçı meydandakı xətləri səhv saldı və qırmızı vərəqə aldı - VİDEO

4 Avqust 2026 13:12
105
Qapıçı meydandakı xətləri səhv saldı və qırmızı vərəqə aldı - VİDEO

Cənubi Afrikanın “TS Qalaksi” futbol komandasının qapıçısı Sipho Maseti ölkə çempionatında qeyri-adi səhvə yol verib.

İdman.Biz xəbər verir ki, hadisə Betvey Premyer Liqasının ilk turunda “Sivelele” ilə keçirilən görüşün əlavə vaxtında baş verib. Maseti cərimə meydançasından xeyli kənarda olmasına baxmayaraq, topu əllə tutub.

Qapıçının futbol meydançasındakı xətləri həmin stadionda çəkilən reqbi xətləri ilə səhv saldığı ehtimal olunur. Baş hakim aşkar qol imkanının qarşısını əllə aldığı üçün Masetiyə birbaşa qırmızı vərəqə göstərib.

“TS Qalaksi” qarşılaşmanın son dəqiqələrini azlıqda keçirsə də, 2:2 hesablı heç-heçəni qoruya bilib.

İdman.Biz