Son beş ilin transfer gəlirləri açıqlandı - “Çelsi” zirvədədir

4 Avqust 2026 11:57
97
Son beş ilin transfer gəlirləri açıqlandı - “Çelsi” zirvədədir

2020-ci ildən bəri transfer satışlarından ən çox gəlir əldə edən klubların siyahısı açıqlanıb.

İdman.Biz xəbər verir ki, siyahıya 1,27 milyard avro gəlirlə “Çelsi” başçılıq edir. İkinci pillədə 885,52 milyon avro ilə “Benfika”, üçüncü sırada isə 826,92 milyon avro qazanan “RB Leyptsiq” qərarlaşıb.

2020-ci ildən bəri transfer gəlirlərinə görə ilk 10 klub:

“Çelsi” – 1,27 milyard avro

“Benfika” – 885,52 milyon avro

“RB Leyptsiq” – 826,92 milyon avro

“Atalanta” – 767,21 milyon avro

“Aston Villa” – 758,45 milyon avro

“Renn” – 731,58 milyon avro

“Vulverhempton” – 731,47 milyon avro

“Mançester Siti” – 730,72 milyon avro

“Brayton” – 709,74 milyon avro

PSJ – 611,05 milyon avro.

İdman.Biz