“Real Madrid” Mastantuono üçün Səudiyyədən gələn təklifi rədd edib

4 Avqust 2026 11:42
114
“Real Madrid” Mastantuono üçün Səudiyyədən gələn təklifi rədd edib

İspaniyanın “Real Madrid” futbol komandasının cinah hücumçusu Franko Mastantuono Səudiyyə Ərəbistanı klubundan təklif alıb.

İdman.Biz xəbər verir ki, “Real Madrid”ə 18 yaşlı futbolçunun transferi ilə bağlı rəsmi təklif göndərilib. Lakin Madrid təmsilçisi argentinalı oyunçunu satmaq niyyətində olmadığından müraciəti rədd edib.

Təklif göndərən klubun adı və mümkün transfer məbləği açıqlanmayıb.

Mastantuono 2025-ci ilin yayında Argentinanın “River Pleyt” komandasından 45 milyon avroya (88,9 milyon AZN) transfer edilib. Argentina millisinin üzvü “Real Madrid”lə 2031-ci ilin yayınadək müqavilə imzalayıb.

İdman.Biz