İspaniyanın “Barseona” futbol komandasının qapıçısı Mark-Andre ter Ştegen karyerasını Niderlandın “Ayaks” futbol komandasında davam etdirəcək.
İdman.Biz xəbər verir ki, Amsterdam təmsilçisi 34 yaşlı qapıçının transferini rəsmən açıqlayıb. Ter Ştegen “Barselona”dan 2026/2027 mövsümünün sonunadək icarəyə götürülüb.
Təcrübəli qolkiper ötən mövsümün ikinci hissəsini icarə əsasında İspaniyanın “Jirona” komandasında keçirib. Onun “Barselona” ilə müqaviləsi 2028-ci ilin yayınadək qüvvədədir.
“Ayaks” ötən mövsümdə Niderland Erediviziyasını 56 xalla beşinci pillədə başa vurub. Amsterdam klubu 34 oyunda 14 qələbə qazanıb, 14 heç-heçə edib və altı dəfə məğlub olub.
