“Qalatasaray” Osimhen üçün 185 milyon avroluq təklifi rədd edib

4 Avqust 2026 13:58
101
“Qalatasaray” Osimhen üçün 185 milyon avroluq təklifi rədd edib

“Qalatasaray” futbol klubunun əsas ulduzlarından biri olan Viktor Osimhen Avropanın aparıcı klublarının maraq dairəsində qalmaqda davam edir. Son iki çempionluqda həlledici rol oynayan hücumçuya bir sıra nəhəng klublar transfer təklifləri göndərib.

İdman.Biz xəbər verir ki, “Atletiko” Osimhen üçün 125 milyon avroluq təklif göndərib. “Qalatasaray” bir neçə həftə əvvəl edilən bu təklifə maraq göstərməyib.

Bundan başqa, “Mançester Yunayted”in də nigeriyalı hücumçu üçün 100 milyon avro ödəməyə hazır olduğu iddia edilir.

“Arsenal” isə yay transfer pəncərəsində Viktor Gyökereşi heyətinə qatmasına baxmayaraq, Osimhenin keçidi üçün əlavə 50 milyon avro ödəməyə hazırdır.

Həmçinin bildirilir ki, “Tottenhem” 65 milyon avro ilə yanaşı, Pape Matar Sarr, Matis Tel və Kevin Danso kimi futbolçularını da transfer paketinə daxil etməyə hazırdır.

Beləliklə, “Qalatasaray”ın Osimhen üçün rədd etdiyi pul təkliflərinin ümumi məbləği təxminən 225 milyon avroya çatır. (125 milyon avro “Atletiko”dan və 100 milyon avro “Mançester Yunayted”dən). “Arsenal” və “Tottenhem”in təklifləri isə futbolçu mübadiləsini də əhatə etdiyindən onların ümumi dəyəri ayrıca hesablanır.

İdman.Biz