“İmişli” “Zirə”nin müdafiəçisini icarəyə götürüb

“İmişli” “Zirə”nin müdafiəçisini icarəyə götürüb

“İmişli” futbol komandası “Zirə”nin mərkəz müdafiəçisi Əkbər Eyubovu heyətinə qatıb.

İdman.Biz xəbər verir ki, 20 yaşlı futbolçu mövsümün sonunadək icarə əsasında bölgə təmsilçisinin formasını geyinəcək.

Azərbaycanın U-21 millisinin üzvü ötən mövsümün ikinci yarısını da icarə əsasında “Mingəçevir”də keçirib. Eyubov 2026-cı ilin fevralında “Zirə”dən Birinci Liqa təmsilçisinə keçmişdi.

Mərkəz müdafiəçisi “Mingəçevir”lə icarə müqaviləsi başa çatdıqdan sonra məxsus olduğu “Zirə”yə qayıdıb. O, yeni mövsümdə Premyer Liqada “İmişli”nin uğurları üçün mübarizə aparacaq.

İdman.Biz