Həsən Nəzərli Azərbaycan Premyer Liqasına qayıda bilər

2 Avqust 2026 21:22
111
Həsən Nəzərli Azərbaycan Premyer Liqasına qayıda bilər

Azərbaycan U-21 futbol millisinin yarımmüdafiəçisi Həsən Nəzərli karyerasını ölkə Premyer Liqasında davam etdirə bilər.

İdman.Biz sportal.az-a istinadən xəbər verir ki, Türkiyənin “Keçiören Bağlumspor” komandasında çıxış edən 19 yaşlı futbolçu “Şəfa”ya keçməyə yaxındır.

Nəzərli ilə Premyer Liqada mübarizə aparan bir neçə komandanın da maraqlandığı bildirilir. Gənc yarımmüdafiəçinin seçiminin yaxın vaxtlarda məlum olacağı gözlənilir.

Həsən Nəzərli “Ankaragücü” akademiyasının yetirməsidir. O, daha əvvəl bu komandanın formasını da geyinib.

İdman.Biz