Azərbaycan Premyer Liqasının iki təmsilçisi yeni mövsümün əvvəlində ev oyunlarını səfərdə keçirməyə məcbur olacaq.
İdman.Biz sport24.az-a istinadən xəbər verir ki, söhbət "Şamaxı" və "İmişli" klublarından gedir.
Peşəkar Futbol Liqasının Əsasnaməsinə əsasən, işıqlandırma sistemi olmayan stadionlarda Premyer Liqa oyunlarının keçirilməsinə icazə verilmir. Bu səbəbdən hər iki komanda işıqlandırma sistemi quraşdırılanadək ev matçlarını səfərdə keçirəcək.
"İmişli" ev oyunlarını bu mövsüm Yevlax şəhər stadionunda keçirəcək. "Pələnglər" işıqlandırma sistemi istifadəyə verilənədək ev matçlarını rəqib meydanında keçirəcək.
İşıqlandırma sistemi ilə bağlı işlər başa çatdıqdan sonra "Şamaxı" rəqiblərini əvvəlki kimi Şamaxı şəhər stadionunda qəbul edəcək.
