Qazaxıstanın “Kayrat” futbol komandasının portuqaliyalı hücumçusu Qabriel Jorjinyo karyerasını Azərbaycan Premyer Liqasında davam etdirə bilər.
İdman.Biz “Amanvibe” nəşrinə istinadən xəbər verir ki, 28 yaşlı futbolçunun xidmətində “Qarabağ” və “Turan Tovuz” maraqlıdır. Azərbaycan təmsilçilərinin hücumçunun transferi ilə bağlı ən fəal klublar olduğu bildirilir.
Jorjinyoya Yunanıstanın “OFI” və Kiprin “Pafos” klublarının da təklif göndərdiyi qeyd olunur. Portuqaliyalı futbolçunun gələcək karyerası ilə bağlı yekun qərar verilməyib.
Jorjinyo 2025-ci ilin yanvarında Lüksemburqun “Differdanj 03” klubundan “Kayrat”a keçib. Hücumçu Almatı təmsilçisinin heyətində bütün turnirlərdə 65 oyuna çıxıb, 22 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
O, “Kayrat”la Qazaxıstan Premyer Liqasının və ölkə Superkubokunun qalibi olub.
