Türkiyə Superliqası təmsilçisi “Qalatasaray” futbol komandasının hücumçusu Barış Alper Yılmaz gələn mövsüm də komandada qalacaq.
İdman.Biz xəbər verir ki, İstanbul klubunun rəhbərliyi Avropanın bir sıra komandalarının maraq göstərdiyi 26 yaşlı futbolçunu satmamaq qərarına gəlib.
Barış Alper Yılmaz üçün rəsmi təkliflərin daxil olduğu bildirilsə də, “Qalatasaray” rəhbərliyi danışıqlara başlamaq niyyətində deyil. Klub milli futbolçu ilə bağlı gələcək təklifləri də nəzərdən keçirməyəcək.
Baş məşqçi Okan Buruk Barış Alper Yılmazı yeni mövsüm planlarının əsas oyunçularından biri hesab edir. Futbolçunun sürəti, fiziki gücü və bir neçə mövqedə çıxış etmək bacarığı mütəxəssisin qərarında mühüm rol oynayıb.
Çempionlar Liqasında uğurlu nəticə əldə etməyi qarşısına məqsəd qoyan “Qalatasaray” heyətin əsasını qorumaq niyyətindədir. Bu səbəbdən İstanbul təmsilçisi Barış Alper Yılmazın komandadan ayrılmasına icazə verməyəcək.
