“Bavariya” rəsmi saytında Avstriya millisinin yarımmüdafiəçisi Konrad Laymerin müqaviləsini uzadıb.
İdman.Biz xəbər verir ki, oyunçunun Münhen klubu ilə yeni müqaviləsi 2029-cu ilin yayına qədərdir.
Konrad Laymer 2023-cü ildən “Bavariya”da oynayır. Ötən mövsüm yarımmüdafiəçi bütün klub yarışlarında 47 oyun keçirib, üç qol vurub və 13 məhsuldar ötürmə edib. Transfermarkt portalındakı məlumata görə, onun bazar dəyəri 32 milyon avrodur.
Laymer “Red Bull Zalsburq”un yetirməsidir və daha sonra “RB Leypsiq”də oynayıb.
