Neymar DÇ-2026-nın ən çox məyus edən futbolçularından biri seçildi

21 İyul 2026 09:53
276
Neymar DÇ-2026-nın ən çox məyus edən futbolçularından biri seçildi

Məşhur ESPN portalı futbol üzrə 2026-cı il dünya çempionatının ən çox məyusluq doğuran futbolçularından ibarət rəmzi komandanı açıqlayıb.

İdman.Biz xəbər verir ki, simvolik heyətdə Braziliya millisinin hücumçusu Neymar da yer alıb.

Rəmzi komanda aşağıdakı kimidir:

Qapıçı: Fernando Muslera (Uruqvay)

Müdafiəçilər: Niko O'Rayli (İngiltərə), Vircil van Deyk (Niderland), Mark Gehi (İngiltərə), Yozua Kimmix (Almaniya)

Yarımmüdafiəçilər: Skott Maktominey (Şotlandiya), Federiko Valverde (Uruqvay), Kristian Pulişiç (ABŞ), Brunu Fernandeş (Portuqaliya), Florian Virts (Almaniya)

Hücumçu: Neymar (Braziliya)

Qeyd edək ki, DÇ-2026-nın finalında İspaniya əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək tarixində ikinci dəfə dünya çempionu olub.

İdman.Biz
Məqalədə: