Messidən emosional paylaşım: “Bu ağrı çox böyükdür”

21 İyul 2026 11:04
259
Messidən emosional paylaşım: “Bu ağrı çox böyükdür”

Argentina millisinin və ABŞ-ın "İnter Mayami" klubunun hücumçusu Lionel Messi futbol üzrə DÇ-2026-nın finalında İspaniyaya məğlubiyyətdən sonra sosial şəbəkə hesabında paylaşım edib.

İdman.Biz xəbər verir ki, Messi paylaşımında İspaniya millisini təbrik etməyi də unutmayıb:

"Bu ağrı çox böyükdür və bu yaranın sağalması üçün zamana ehtiyac olacaq. Amma özümlə bütün gözəl xatirələri də aparıram. Hər oyunda sona qədər mübarizə apardıq, inanılmaz geri dönüşlər etdik və bunlar əbədi yaddaşımızda qalacaq. Bütün ölkənin dəstəyi və komandanın əzmi sayəsində yenidən dünyanın ən güclüləri sırasında yer aldıq.

Bu gün əldə etdiklərimizi qiymətləndirmək çətindir. Amma bu komanda ardıcıl ikinci dəfə dünya çempionatının finalına yüksəldi.

Ürəkdən təşəkkür edirəm - hər bir təbrikə və hər bir mesaja görə. Biz yenidən bir ölkə kimi birləşməyi bacardıq və argentinalı olmağın qürurunu birlikdə yaşadıq.
Eyni zamanda, dünya çempionu olması münasibətilə İspaniya millisini də təbrik edirəm".

Qeyd edək ki, DÇ-2026-nın finalında Argentina millisi İspaniyaya əlavə vaxtda 1:0 hesabı ilə məğlub olub.

İdman.Biz