DÇ finalında komandasını azlıqda qoyan futbolçu: “Nəticədən daha vacib şeylər də var”

21 İyul 2026 13:25
207
DÇ finalında komandasını azlıqda qoyan futbolçu: “Nəticədən daha vacib şeylər də var”

Argentina millisinin yarımmüdafiəçisi Enzo Fernandes futbol üzrə son dünya çempionatında komandanın çıxışı barədə fikirlərini bölüşüb.

İdman.Biz xəbər verir ki, Enzo Fernandez sosial şəbəkə hesabında azarkeşlərə təşəkkür edib.

Onun sözlərinə görə, mübarizə yalnız qalib gəlmək deyil, həm də forma üçün hər şeyini vermək və heç vaxt təslim olmamaqdır:

"Vaxt keçdikcə anlayırsan ki, nəticədən daha vacib şeylər də var.

Bu komanda uzun illərdir özünü ən yaxşı şəkildə göstərir. O bizə öyrədir ki, mübarizə yalnız qalib gəlmək deyil, həm də forma üçün hər şeyini vermək və heç vaxt təslim olmamaqdır.

Hər zaman çətinlikləri cəsarətlə qarşılayan, maksimum səylə mübarizə aparan və bu rəngləri qürur, təvazökarlıq və fədakarlıqla qoruyan belə bir komandanın üzvü olmaq mənim üçün böyük şərəfdir.

Bütün argentinalı azarkeşlərə təşəkkür etmək istəyirəm. Hər zaman yanımızda olduğunuz, hər oyunda bizi dəstəklədiyiniz, sevginiz və sonsuz dəstəyiniz üçün sağ olun. Sizin sayənizdə dünyanın istənilən yerində özümüzü evimizdəki kimi hiss edirik.

Ölkəmin formasını geyinmək karyeramın ən böyük şərəfidir və onu qorumaq fürsəti qazandığım hər an yenə də bütün gücümlə mübarizə aparacağam".
Qeyd edək ki, Argentina yığması mundialın finalında İspaniyaya məğlub olub (0:1, əlavə vaxt). Fernandes qarşılaşmanın əsas vaxtının sonlarında Pau Kubarsiyə qarşı qayda pozuntusuna görə ikinci sarı vərəqə alaraq meydandan qovulub.

İdman.Biz