Messi, Mbappe və Holand DÇ-2026-nın simvolik heyətində

21 İyul 2026 17:04
213
Messi, Mbappe və Holand DÇ-2026-nın simvolik heyətində

Məşhur ESPN nəşri futbol üzrə 2026-cı il dünya çempionatının ən yaxşı 11-liyindən ibarət simvolik komandanı açıqlayıb.

İdman.Biz xəbər verir ki, turnirdəki çıxışları və statistik göstəriciləri nəzərə alınaraq hazırlanan heyətdə dünyanın tanınmış futbolçuları yer alıb.

DÇ-2026-nın simvolik komandası:

Qapıçı: Vozinya (Kabo-Verde)

Müdafiəçilər: Mark Kukurelya (İspaniya), Emerik Laport (İspaniya), Pau Kubarsi (İspaniya), Ced Spens (İngiltərə)

Yarımmüdafiəçilər: Ayub Buaddi (Mərakeş), Rodri (İspaniya), Cud Bellinqem (İngiltərə)

Hücumçular: Lionel Messi (Argentina), Kilian Mbappe (Fransa), Erlinq Holand (Norveç)

Qeyd edək ki, DÇ-2026-nın finalında İspaniya əlavə vaxtda Argentinanı 1:0 hesabı ilə məğlub edərək dünya çempionu olub.

İdman.Biz