DÇ-2026-nın rəmzi komandası açıqlandı

21 İyul 2026 14:01
219
DÇ-2026-nın rəmzi komandası açıqlandı

2026-cı il dünya çempionatı başa çatdıqdan sonra turnirin ən yaxşı çıxış edən futbolçuları ilə bağlı müxtəlif versiyalarda rəmzi komandalar açıqlanmağa davam edir.

İdman.Biz xəbər verir ki, bu dəfə nüfuzlu ESPN nəşri mundialın ən yaxşı 11 futbolçusundan ibarət rəmzi komandasını təqdim edib.

Rəmzi heyətdə dünya çempionu İspaniya millisinin dörd futbolçusu yer alıb.

Qapıçı: Vozinya (Kabo-Verde).

Müdafiəçilər: Mark Kukurelya, Emerik Laport, Pau Kubarsi (hamısı – İspaniya), Ced Spens (İngiltərə).

Yarımmüdafiəçilər: Ayub Buaddi (Mərakeş), Rodri (İspaniya), Cud Bellinqem (İngiltərə).

Hücumçular: Lionel Messi (Argentina), Kilian Mbappe (Fransa), Erlinq Holand (Norveç).

İdman.Biz