Bu anda İspaniyanın paytaxtı Madriddə yerli komandanın Dünya Kubokundakı qələbəsini qeyd edən parad keçirilir.
İdman.Biz bildirir ki, meydanda minlərlə azarkeş toplaşıb və komanda paradın son mənzilinə avtobusla yolunu davam etdirdikcə onların sayı da artır.

“Rəsmi qəbullardan sonra Madridin ən məşhur yerlərindən keçərək Cibeles Sarayının yanında yerləşən Montalban küçəsində böyük açıq avtobus paradı başlayacaq. Burada bayramın əsas tədbiri - futbolçuların təqdimatı və digər sürprizlərlə yanaşı, çoxsaylı musiqili çıxışlar keçiriləcək”, - İspaniya milli komandasının açıqlamasında deyilir.

