Emin Ağalarov: “Neftçi” formasında hər zaman qalib gəlirəm” - FOTO/VİDEO

30 İyul 2026 16:49
136
Emin Ağalarov: “Neftçi” formasında hər zaman qalib gəlirəm” - FOTO/VİDEO

Azərbaycanlı iş adamı Emin Ağalarov sosial şəbəkə hesabında “Neftçi”nin 10 nömrəli forması ilə çəkilən videosunu paylaşıb.

İdman.Biz xəbər verir ki, dostları ilə padel oynayan Ağalarov “Sea Breeze” ilə “Neftçi” arasındakı tərəfdaşlığa diqqət çəkib və komandaya dəstəyini ifadə edib.

“Neftçi” formasında olarkən heç vaxt uduzmuram. “Neftçi”yə azarkeşlik edirik, oyunlarını izləyirik və yeni qələbələr gözləyirik. Bu formada olarkən hər zaman qalib gəlirəm”, - deyə Ağalarov söyləyib.

İdman.Biz