Azərbaycanın “Qəbələ” futbol komandası braziliyalı qapıçı Artur Mottanı heyətinə cəlb edib.
İdman.Biz xəbər verir ki, 24 yaşlı futbolçu Bolqarıstanın “Beroe” komandasından birillik icarəyə götürülüb.
Artur Motta 2024-cü ildən “Beroe”nin formasını geyinib. Braziliyalı qapıçı karyerası ərzində ölkəsinin “Fortaleza”, “Quarani” və “Sao Kaetano” komandalarında da çıxış edib.
Qeyd edək ki, “Qəbələ” buna qədər Kouya Mabena, Natan Monzanqo, Karim Rossi, Uboçioma Meşak və Bruno Silvanı heyətinə cəlb edib.
