İspaniyanın “Barselona” futbol komandası “Atletiko Madrid”in argentinalı hücumçusu Xulian Alvarezin transferinin baş tutacağına getdikcə daha az inanır.
İdman.Biz xəbər verir ki, Kataloniya klubunun futbolçu ilə bağlı mövqeyi dəyişməsə də, tərəflər arasındakı danışıqlarda ciddi irəliləyiş əldə olunmayıb.
“Barselona” rəsmiləri iyunun əvvəlində “Atletiko Madrid”ə təxminən 100 milyon avro (194 milyon AZN) dəyərində rəsmi təklif göndərdiklərini bildirirlər.
“Barselona” danışıqları qeyri-müəyyən müddətə davam etdirmək və 26 yaşlı hücumçu üçün müəyyənləşdirdiyi məbləği ciddi şəkildə artırmaq niyyətində deyil. “Atletiko Madrid” rəhbərliyi isə Alvarezə görə 100, 150, hətta 200 milyon avroluq təklifi qəbul etməyəcəyini bildirib.
Xulian Alvares isə artıq “Atletiko Madrid”ə qayıdışına hazırlaşmağa başlayıb. Gələcəyi ilə bağlı qeyri-müəyyənlik davam etsə də, argentinalı futbolçu avqustun 10-na planlaşdırılan qayıdışı ərəfəsində İbizada klubun onun üçün hazırladığı fərdi məşq proqramına əməl edir. Kataloniya klubunun transferlə bağlı yekun qərarı da həmin tarixə yaxın verməsi mümkündür.
Alvarezin keçidi baş tutmasa, “Barselona” yay transfer pəncərəsində başqa hücumçu almaya bilər. Klub Robert Levandovskinin ayrılmasına baxmayaraq, mövcud hücum xəttinin yeni mövsüm üçün kifayət edəcəyini düşünür.
