“Xankəndi” kapitanı Əziz Hüseynovla müqaviləni yeniləyib

4 Avqust 2026 16:03
104
“Xankəndi” kapitanı Əziz Hüseynovla müqaviləni yeniləyib

Birinci Liqada çıxış edən “Xankəndi” futbol komandasının kapitanı və mərkəz müdafiəçisi Əziz Hüseynov klubla yeni müqavilə imzalayıb.

İdman.Biz xəbər verir ki, bu barədə klubun rəsmi açıqlamasında bildirilib.

34 yaşlı futbolçu ilə razılaşmanın müddəti bir ildir. Hüseynov 2026/2027 mövsümündə də “Xankəndi”nin uğurları üçün mübarizə aparacaq.

“Xankəndi” 2025/2026 mövsümündə keçirdiyi 27 oyunda 25 qələbə qazanıb, bir heç-heçə edib və bir dəfə məğlub olub. Komanda 76 xalla çempionatı birinci pillədə başa vuraraq Azərbaycan Birinci Liqasına yüksəlib.

Xankəndi təmsilçisi 2026/2027 mövsümündə Azərbaycan Birinci Liqasında debüt edəcək.

İdman.Biz